Bakıda məşhur restoranın sahibinin meyiti tapıldı

img

26-02-2019 [22:52]


Bakıda məşhur ailə restoranı olan "Şır-Şır” iaşə obyektinin sahibi Elbrus Hüseynovun meyiti tapılıb.

Məlumat Binəqədi Rayon Polis İdarəsindən alınıb. Xəbərə görə, Elburus Hüseynovun cəsədində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin araşdırmaların nəticələrinə görə, restoran sahibi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma davam etdirilir.

Mərhumun yaxınlarının virtualaz.org-a bildirdiyinə görə, E.Hüseynov öz evində insultdan keçinib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA