“İçərişəhər” Dövlər Qoruğu İdarəsində Xocalı soyqırımı ilə bağlı seminar keçirilib

img

26-02-2019 [17:41]


"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində "Xocalı - bəşəri cinayət” mövzusunda seminar keçirilib.

İdarədən Mia.az-a bildirilib ki, seminarda məqsəd yaşlı nəsillə gənc nəsil arasında körpü yaratmaq, təbliğatı gücləndirmək və gələcək nəsillərə soyqırımının mahiyyətini çatdırmaqdır.

İki hissədən ibarət olan tədbirin birinci hissəsində qurumun kollektivi ilə yanaşı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının "1905.az” portalının əməkdaşlarının, Bakı Atatürk Liseyinin müəllim və şagirdlərinin iştirakı ilə Xocalı faciəsi ilə bağlı müzakirələr aparılıb.

Tədbirin ikinci hissəsində isə "Günay” Uşaq Teatrının ifasında "Qarabağdır Azərbaycan” adlı səhnəcik təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA