Azərbaycanda uşaq antibiotik vurulandan sonra öldü - Nazirlik detalları açıqladı

img

26-02-2019 [15:42]


Şabranda 8 yaşlı uşaq antibiotik iynə vurulduqdan sonra ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, Gülnur Dadaşovanın halı pisləşdiyi üçün valideynləri tanış tibb işçisinə müraciət ediblər. Həkim uşağa iynə vurduqdan sonra onun vəziyyəti kritikləşib və komatoz vəziyyətə düşüb.

Bundan sonra valideyinləri uşağı Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq qərarına gəlib. Reanimasiya şöbəsinə yerləşdirilən uşağın vəziyyəti kritik olduğundan, onun Bakıdakı 2 saylı Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasına köçürülməsi qərarı alınıb. Göstərilən bütün tədbirlərə baxmayaraq onu həyata qaytarmaq mümkün olmayıb.

Baş vermiş faktla əlaqədar istintaq araşdırmalarına başlanılıb. Ölümün dəqiq səbəbi istintaq başa çatdıqdan sonra məlum olacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA