Nazir müavinin bəzi səlahiyyəti alındı, bir idarə rəisi təqaüdə göndərildi - XİN-də yeni təyinatlar

img

26-02-2019 [15:27]


Azərbaycanın Xarici İşlər Nazirliyində dəyişikliklər olub.

Diplomatik mənbələrdən Mia.az-a verilən məlumata görə, nazir müavini Xələf Xələfov Nazirlər Kabinetinə aparat rəhbəri vəzifəsinə təyin olunduqdan sonra, digər nazir müavini Nadir Hüseynovun da səlahiyyətləri azaldılıb.

Belə ki,  XİN-in kadrlar idarəsi ilə konsulluq idarəsi Nadir Hüseynovun kurasiyasından alınıb.

Məlumata görə, Nadir Huseynovun rəhbərliyi altındakı informasiya idarəsi də ləğv edilərək, mətbuat xidmətinə birləşdiriləcək.

Bundan əlavə, Konsulluq idarəsinin rəhbəri postuna Azərbaycanın Misir və Türkiyədəki keçmiş səfiri Faiq Bağırov gətirilib.

Nazirliyin kadrlar idarəsinin rəisi, 79 yaşlı Elmira Sarıcalinskya isə yaşı ilə bağlı təqaüdə göndərilib.

Kadrlar idarəsinin rəisi vəzifəsinə isə Azərbyacanın Yaponiyadakı keçmiş səfiri, əvvəllər Elmar Məmmədyarovun köməkçisi vəzifəsini tutmuş Gürsel İsmayılzadə təyin olunub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA