Rusiyalı deputat: "Xocalıda törədilənlər dəhşətli vəhşilikdir"

img

26-02-2019 [15:07]


"Hesab edirəmn ki, Xocalı hadisələrinin, orada baş vermiş qırğının Rusiyada soyqırım kimi tanınması üzərində çalışmaq lazımdır. Bu faciəni hamımız öz faciəmiz kimi qəbul edirik. Onun tanınması üzərində çalışmalıyıq".

Bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədr müavini Dmitri Savelyev deyib.

"Xocalıda törədilənlər dəhşətli vəhşilikdir. Günahsız qocalar, qadınlar, uşaqlar öldürülüb. Uşaqlar ölüb, deməli, həm də onların uşaqları, uşaqlarının uşaqları ölüb. Azərbaycanın gələcəyinin bir qismi ölüb", - D.Savelyev deyib.

Onun sözlərinə görə, bu gün dünyada bu dəhşətli cinayətin tanınması üzrə proseslər gedir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA