"Bunun bir adı var: soyğunçuluq" - Ekspertdən BNA-ya ittiham

img

26-02-2019 [11:58]


İqtisadçı ekspert Samil Əliyev Bakıda sərnişindaşıma ilə narazılığını bildirib.

Mia.az xəbər verir ki, S.Əliyev bununla bağlı narazılığını sisoal şəbəkədə yazıb. Ekspertin fikirlərini təqdim edirik: 

"2 saylı avtobus - (Bakubus) camaatı yığa-yığa gəlib Mərkəzi Bankın yanından üzünü döndərir Rəşid Behbudova tərəf, ordan da Nərimanov metro stansiyası tərəfə. Heç bir elan vermədən. Camaat şikayət edir ki, niyə xəbərdarlıq etmirsən? Cavab oldu ki, hamıya bir-bir deyəsi deyiləm ki.. Respublika sarayının yanında minib Mərkəzi Bankın yanında düşdüm. 5 dəqiqə gözləmə vaxtım, 30 qəpik də pulum getdi. Qabaqcadan ödəmənin fəsadları. Özünü öldürsən də pulu geri ala bilməzsən. Yəqin ki sonuncu dayanacaqdan əvvəl içi mən qarışığı sərnişinlər minəndə sürücü bizə baxıb dodaqaltı qımışırmış. Sadəcə biz fikir verməmişik. Bunun bir adı var: soyğunçuluq, Xocalı soyqırımı tədbiri adı altında soyğunçuluq. Əminəm ki bu yeganə nəqliyyat vasitəsi deyildi. Yəqin, Bakı Nəqliyyat Agentliyi bundan xəbərsizdir. Niyə də yox? Başı maşınları cərimələyə qarışıb. Birbaşa vəzifəsini isə unudub".

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev ekspertin iddialarına elə sosial şəbəkə vasitəsiylə cavab verib: 

"Bildiyiniz kimi, bu gün anım tədbirləri ilə əlaqədar müəyyən küçələrdə hərəkətə məhdudiyyətlər tətbiq edilib. Bu səbəbdən də dünən elan edilib ki, avtobusların xəttində dəyişiklik olması ilə bağlı. Sürücünün sərnişinlər o tərzdə cavab verməsi qəbul edilməzdir. Bununla bağlı tədbir görüləcək. Lakin sizin də məsələyə anlayışla yanaşmanızı xahiş edirəm".

Ekspert isə əlavə edib ki, iradım avrobusun istuqamətini dəyişməsinə deyil, bu barədə xəbərdarlıq edilməməsinədir: 

"Hərdən sürücülərin halına acıyıram ki, neçə sürürlər sıxlıqda. Narazılığım insanları aldatmaq təşəbbüsünədir. Hər dayancaqda elan verilməlidir, hər minənə deyilməlidir. Xalqımız onsuz da başadüşəndir. Amma gərək sui-istifadəyə yol verilməsin".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA