"Nöqsanına görə işdən çıxarmayıblar" - Misir Mərdanovdan qardaşının azad olunmasına reaksiya

img

25-02-2019 [23:12]


Sabiq Təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov qardaşı Əli Mərdanovun işdən çıxarılmasından danışıb. 

Misir Mərdanov  bildirib ki, Əli Mərdanovun Şabran Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilməsi sırf pensiya yaşının çatması ilə əlaqədardır:

"Qardaşımın 60 yaşı tamam olduğu üçün pensiyaya çıxarılıb. Onu hər hansı nöqsanına görə işdən çıxartmayıblar. Pensiya yaşı çatdığı üçün vəzifəsindən gedib. Bu normal bir şeydir. Hesab edirəm ki, burada əlavə nə isə axtramaq düzgün deyil".

Demokrat.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA