Sosial müavinətlərlə bağlı sərəncam 577 min şəxsi əhatə edəcək - Nazir açıqladı

img

25-02-2019 [17:19]


Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamı 577 min vətəndaşı əhatə edəcək.

Mia.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

S.Babayev qeyd edib ki, son imzalanmış sərəncamlarla 1 milyon 500 minədək insanın sosail müdafiəsi gücləndirilib. Vətəndaşlar artırılmış müavinətlərini 1 aprel tarixindən ala biləcəklər.

Onun sözlərinə görə, sosial layihənin illik tutumu 400 milyon manatdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA