"Azərişıq" ASC-də iki rəis çıxarıldı, yeni təyinatlar oldu

img

25-02-2019 [14:14]


"Azərişıq" ASC-də kadr dəyişiklikləri baş verib. 

Qurumun Xırdalan Elektrik Şəbəkəsinin rəisi Neymət Qasımov tutduğu vəzifədən azad edilib.

N.Qasımovun yerinə Maştağa Elektrik şəbəkəsinin rəisi Şahin Qədimov təyin edilib. 

Məlumata görə, N.Qasımov vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün işdən kənarlaşdırılıb.

Bundan əlavə, "Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) rəisi Əbülfət Paşayev də vəzifəsindən azad edilərək qurumun Tədris Mərkəzinə gətirilib.

Ə.Paşayevin yerinə isə Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Mehman Mehdiyev təyin edilib.

"Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report”a hər iki təyinatı təsdiq edib.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA