Orfoqrafiya lüğətindən 1000 söz çıxarılıb, 4000 söz əlavə olunub - Akademikdən açıqlama

img

25-02-2019 [13:10]


"Azərbaycanın dilinin yeni Orfoqrafiya lüğəti nəşrə hazırdır”.

Mia.az xəbər verir ki, bunu ONA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, Orfoqrafiya lüğətinə yeni 4000 söz əlavə olunub, köhnə nəşrdən 1000-ə yaxın söz yeni lüğətə daxil edilməyib.

İnstitut direktoru qeyd edib ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə göndərilməsi barədə qərar qəbul edilib. Nazirlər Kabineti tərəfindən qaydalar təsdiq edildikdən sonrayeni Orfoqrafiya lüğəti işıq üzü görəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA