Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmirinə məktubu göndərib

img

25-02-2019 [11:03]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib:

Məktubda deyilir:

"Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim sülh və firavanlıq diləyirəm”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Baş naziri Şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabaha təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Küveyt münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA