24-02-2019 [21:03]
"Oyunun ağır olacağını bilirdik. Düşündüyümüzdən də ağır oldu. İkinci hissədə bu qədər müdafiə olunacağımızı gözləmirdim. Çünki hesabda 2:0 önə keçməyimiz də gözlənilməz idi. Ümumi planımızda var idi ki, rəqibi əks-hücumda yaxalayaq. Standart vəziyyətlərdən də yararlanmaq istəyirdik. "Neftçi" üzərində qələbə 6 xala bərabərdir. Bəlkə də çempionatda ən vacib qələbəni qazandıq".
Bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Hacıyev bildirib ki, komandası heç də üstün oyun sərgiləməyib:
"Üstünlüyün biz tərəfdə olduğunu deməzdim. "Neftçi" favorit idi. Sadəcə, çox istəkli idik. Bəzi komponentlərdə onları yaxalamaq istəyirdik. "Neftçi" güclü olsa da, bəzi zəif nöqtələrindən yararlanmaq istəyirdik. Bu, o demək deyil ki, onlardan güclüyük. "Neftçi" çempionluğa oynayır, bizim məqsədimiz isə 3-cü pillədəki mövqeyimizi qorumaqdır".
Baş məşqçi "Fərqli qələbədir, fərqli mükafat olacaqmı?" sualını isə belə cavablandırıb:
"Çempionluğa oynayan komandadan 3 xal almaq digərləri üzərində qələbədən fərqlənir. Yəqin ki, rəhbərlik bunu nəzərə alar".
Gənc mütəxəssis növbəti mövsüm çempionluq uğrunda mübarizə aparmağın çətinliyini də vurğulayıb:
"Çünki "Səbail" köklü klub deyil. Müəyyən vaxta ehtiyac var. "Neftçi" və "Qarabağ"la mübarizə aparmaq üçün heyətdə köklü dəyişiklik olmalıdır. Qərarlaşdığımız pillədə möhkəmlənmək istəyirik. Bu gün bizdən aşağıda qərarlaşan komandalarla mübarizə aparırıq".
Sonda Hacıyev matçın ardından rəqib həmkarı Roberto Bordinin ona etirazının səbəbini açıqlayıb:
"Bordin onun oyunçusuna söz dediyim üçün etiraz etdi. Amma mən də öz oyunçumuzu müdafiə edirdim. Futbolçunun bizim texniki zona tərəfə tüpürməsi etik deyildi. Anlaşılmazlıq idi. Zaman keçdikcə, səhvini başa düşə bilər. İnanmıram ki, Bordinə tərəf hansısa oyunçumuz tüpürsə, o, sakit dayanar".
Qeyd edək ki, bu qələbədən sonra "Səbail" 3-cü pillədə möhkəmlənib. 38 xala malik "Neftçi" isə "Qarabağ" ilə birgə şərikli liderliyini davam etdirir/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi