24-02-2019 [19:39]
"Oyuna yaxşı başladıq, hətta Dabo qol da vurdu. Amma ofsayd qeydə alındı. Qapımızdan erkən qollar buraxdıq. Sonra toparlanmaq çətin oldu. Bizim üçün neqativ nəticə oldu. Oyunu idarə edən tərəf biz idik. İki qol buraxdıqdan sonra daha çətin olur, futbolçular ikiqat enerji sərf etməli olurlar. Sona qədər vuruşsaq da, istədiyimiz nəticəni əldə edə bilmədik".
Bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XVIII turunda "Səbail"ə evdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Komandanızın çıxışından nə dərəcədə razı qaldınız?
- Ümumilikdə razı qaldım. Çünki rəqib qapısı qarşısında kifayət qədər təhlükəli vəziyyətlər yaratdıq. Hətta son saniyərdə Mamadu Mbocun da hesabı bərabərləşdirmək imkanı oldu.
-"Qarabağ" dünən xal itirmişdi. Ola bilərmi ki, bu üzdən komanda daha istəkli idi və bu, oyuna mənfi təsir göstərdi?
- Deməzdim ki, çox istəkli olduğumuz üçün "yandıq". Oyuna yaxşı hazırlaşmışdıq, meydana da 3 xal üçün çıxmışdıq. Yaxşı mübarizə apardıq, amma istəyimizi hesabda əks etdirə bilmədik. Rəqibdən 2 top buraxacağımızı gözləmirdik. Matça fərqli formada hazırlaşmışdıq. 2 top buraxdıqdan sonra çox dəyişikliklər etməli oldum.
-Ruslan Abışov niyə kənarda saxlamışdınız: Hələ də hazır deyil?
- Ruslanda bərpa prosesi yaxşı gedir. Yavaş-yavaş hazırlaşır. Sadəcə, meydan üçün tam hazır deyil. Bunun üzərində iş gedir.
-Tural Axundovun səhvi futbolda adidir, yoxsa çempionluğa oynayan komandada belə ötürmə nə dərəcədə qəbulediləndir?
- Qələbə üçün meydana çıxmışdıq. İlk dəqiqələrdən bunu nümayiş etdirirdik. Futbolda belə texniki səhvlər normaldır. Tural bu səhvdən sonra da sona qədər dönüş yaratmaq istədi, mübarizə apardı.
- "Qarabağ" artıq sizə çatıb. Bu, komandada psixoloji gərginliyə səbəb olmayacaq?
- Bu cür düşünmürəm. Çempionat sıfırdan başlayacaq. Yeni oyunlar görəcəyik. Komandamız ilk dəqiqədən sona kimi hər şeyi düzgün etdi, kifayət qədər təhlükəli vəziyyətlər yaratdı?
-Rəqib sizi nə ilə təəccübləndirdi?
- "Səbail" məni təəccübləndirmək üçün nə etməli idi? İki qol buraxdıq. Birini özümüz hədiyyə etdik, ikincisi isə standart vəziyyətdən oldu. Səlahət Ağayevin qapısı qarşısında başqa təhlükəli vəziyyət gördünüzmü?
-Belə çıxır ki, rəqibi düzgün qiymətləndirməmisiniz?
- Biz hər bir rəqibə hörmətlə yanaşır və oyunlara xüsusi hazırlaşırıq. Rəqib komandanın oyunçuları dəqiqədən bir yerə uzanır, vaxt uzadırdılar. Bunu heç kim demir. Hansı ki, vacib amildir.
-"Zirə" ilə matçdakı xal itkisi və bugünkü məğlubiyyətdən sonra sistemdə və heyətdə dəyişiklik etməyinizə səbəb ola bilərmi?
- Hər rəqibə qarşı eyni üslubda hazırlaşmıram. Sabahdan növbəti oyunun hazırlığına başlayacağıq.
-Azarkeşlərdə belə bir fikir formalaşıb ki, Mirabdulla Abbasov start heyətində meydana çıxanda qol vurur. Buna münasibətiniz necədi?
- Bu cür şərhlərə fikir vermirəm. Komandamın həftəboyu hazırlığına baxıram. Mirabdulla 4 gün komanda ilə məşq etməmişdi, xəstələnmişdi.
- Həmkarınız Aftandil Hacıyev qalmaqala görə sizi günahlandırdı. Sizin də münasibətiniz maraqlı olardı...
- Oyun epizodunda Baqali Daboya qarşı kobudluq edilmişdi. Buna görə oyunçular arasında söz-söhbət ola bilər. Amma baş məşqçi kimi oyunçularıma müdaxilə edə bilməz. Mənim də iradım buna görə oldu ki, get, öz oyunçularınla maraqlan. O, əl-qol hərəkəti elədi. Dedim ki, çəkiliş var, oyundan sonra gözləyərsən, söhbət edərik, bir-birimizi başa düşərik. Amma o, gözləmədi. Mənə deməyə başqa sözü var idisə, gözləyərdi.
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi