"Paşinyan Qarabağdan deyil, o, çox diqqətli olmalıdır" - Sabiq həmsədrdən diqqətçəkən açıqlamalar

img

24-02-2019 [16:40]


"Uzun zaman ərzində ilk dəfə Ermənistan lideri Dağlıq Qarabağdan deyil, buna görə o, çox diqqətli olmalıdır və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində radikal addımlar atmamalıdır".

Bu sözləri ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq müvəqqəti həmsədri səfir Riçard Hoqland deyib.

Səfir əmindir ki, Ermənistanın baş naziri Nikol Paşinyan üçün Dağlıq Qarabağ münaqişəsi çox çətin problemdir: "Dağlıq Qarabağ münaqişəsinin həllində ən yaxşı strategiya kiçik addımlarda irəliləməkdir".

R.Hoqland dövlət xidmətini tərk etdiyini və indi öz şəxsi nöqteyi-nəzərini təqdim etdiyini vurğulayıb.

Hoqland deyib ki, bu yaxınlardakı hadisələr, həmçinin tərəflər arasında davam edən dialoq və təmas xəttində toqquşmaların kəskin azalmas optimist düşünməyə əsas verir, lakin bu, tezliklə ciddi irəliləyiş gözləmək demək deyil.

O qeyd edib ki, "Lavrov planı" adlandırılan planı heç bir tərəf qəbul etməyib: "Sergey Lavrov tərəfindən hazırlanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sənəd Madrid prinsipləri üzərində bəzi fəqlərlə hazırlanıb".

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA