"ABŞ bizimlə şagird kimi danışa bilməz" - Lavrov

img

24-02-2019 [11:21]


"Rusiya ABŞ-la konstruktiv dialoqa hazırdır, lakin özü ilə şagird kimi danışılmasına icazə verməyəcək".

Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Vyetnam Televiziyası, Çinin Mərkəzi Televiziyası və "Phoenix” kanallarına verdiyi müsahibəsində deyib.

"Vaşinqtondakı Rusiya ilə sərt siyasət tərəfdarları vəziyyətin yalnız pisləşməsini istəyir. Bir qədər əvvəl növbəti dəfə hansısa sanksiyalar tətbiq etdilər, ya da tətbiq edəcəklər. Artıq izləmirəm”, - Lavrov bildirib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA