Hökumət ailə siyasətinə dair strategiya hazırlayır

img

24-02-2019 [10:08]


"Azərbaycan Respublikasının Ailə Strategiyası"nın bu il qəbul edilməsi nəzərdə tutulur.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədrinin sözlərinə görə, ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün güclü qanunvericilik bazası mövcuddur.

H. Hüseynova əlavə edib ki, yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir:

"Həmçinin qloballaşma şəraitində dünyada gedən proseslər və çağırışlar, xüsusilə də ölkəmizin yeni inkişaf imkanları Azərbaycanda ailə siyasətinin prioritetlərini özündə əks etdirən strategiyanın hazırlanmasını zəruri edir. Bununla bağlı "Azərbaycan Respublikasının Ailə Strategiyası" layihəsi hazırlanır və bu il həmin sənədin qəbul edilməsi nəzərdə tutulur".(Trend)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA