Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikdirir - Ucarda

img

22-02-2019 [12:20]


Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ucar rayonu, Qaracallı kənd sakini, ağır mənzil-məişət şəraitində yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov üçün fərdi ev tikilməsi barədə tapşırıq verib.

Mia.az xəbər verir ki, Şöhrət Qasımovun Fondun "Regional İnkişaf” İctimai Birliyinə daxil olmuş müraciəti əsasında əraziyə baxış keçirilib və tikinti ilə bağlı layihələndirmə işləri aparılıb.

Ev Heydər Əliyev Fondunun vəsaiti hesabına Şöhrət Qasımova məxsus həyətyanı sahədə inşa olunacaq.

Yeni evin tikintisinin yaxın müddətdə yekunlaşması nəzərdə tutulur.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA