İnam Kərimov Sabirabadda vətəndaşları qəbul edəcək

img

21-02-2019 [18:14]


Kənd təsərrüfatı naziri İnam Kərimov 28 fevral 2019-ci il tarixdə, saat 11:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarının sakinləri ilə görüşəcək.

Mia.az KTN-ə istinadən xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-213-04-72) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA