19-02-2019 [20:00]
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayonu ərazisində tikilib istifadəyə verilmiş yeni yaşayış kompleksindəki mənzillərə məcburi köçkün ailələrin köçürülməsini davam etdirir.
Komitədən Mia.az-a verilən məlumata görə, bu məqsədlə Sumqayıt şəhərində növbəti püşkatma keçirilib.
Dövlət Komitəsinin müvafiq komissiyasının təşkil etdiyi püşkatmanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin və məcburi köçkün icmalarının nümayəndələri, jurnalistlər izləyiblər.
Püşkatma vasitəsilə 200 məcburi köçkün ailəsinin hər birinin köçəcəyi bina və mənzilin nömrəsi müəyyənləşdirilib. İndiyədək onlar Sumqayıt şəhəri və Abşeron rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda yaşayıblar.
Tədbirdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illərdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, hazırda hər cür sosial-texniki infrastrukturu olan 100-dən çox yeni qəsəbə və yaşayış kompleksi onların istifadəsindədir. Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə işlər daha da sürətləndirilib. Sumqayıt sakinləri ilə bir neçə gün əvvəl keçirdiyi görüşdə dövlətimizin başçısı şəhərdə müvəqqəti məskunlaşmış köçkün ailələri üçün bu il əlavə 2 min mənzildən ibarət yaşayış komplekslərinin salınacağını bildirib.
Birinci vitse-prezident xanım Mehriban Əliyevanın yeni mənzillərin ilk növbədə Bakı və Sumqayıt şəhərlərində hələ də qəzalı bina və tikililərdə ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə verilməsi barədə tapşırığının icrası davam etdirilir.
Püşkatmada iştirak edən Qubadlı rayonundan məcburi köçkün Xəyal Məmmədov, Laçın rayonundan Abdulla Ağaməliyev, Ağdam rayonundan Əlövsət Qurbanov, Füzuli rayonundan İkram Həziyev və başqaları mənzillərin bölgüsünün mövcud qanunvericilik normaları və sosial ədalət prinsipləri əsasında şəffaflıqla aparılmasından razı qaldıqlarını qeyd edərək, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına qayğı və diqqət göstərən Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Abşeron rayonu ərazisində 1000 məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Burada yeni məktəb və uşaq bağçası da istifadəyə verilib. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi