Eynulla Fətullayev İnam Kərimovun talançılığından yazdı: "20 minlik təyyarə bileti, hotel xərci və..."

img

19-02-2019 [14:35]


"Afrikadan Azərbayacana qoyun idxalı beynimi yaman məşğul edib. Deməli, bizim Kənd Təsərrüfatı Nazirliyinin bir neçə əməkdaşı Cənubi Afrika Respublikasına səfər edib, Azərbaycana qoyunların idxalı üzrə proqram üzərində baş sındırır".

Mia.az xəbər verir ki, bu sözləri Haqqın.az və Virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayev yazıb.

O, daha sonra qeyd edib ki, Azərbaycandan Cənubi Afrika Respublikasına təyyarə xərcləri təxminən 5 min manatdır. 4-5 əməkdaşın bilet pulu 20 min edir: "Üstə gəl hotel + səfər xərcləri... Təxminən 50 min manat. 50 min manat - bir böyük qoyun sürüsünün puludur. Bu da sizə proqram. Bunun üçün dünyanın sonuna səfər etmək lazımdır. Bu məntiqi mənə kim izah edə bilər?".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA