Nazir şəhid ailələri və müharibə əlliləri ilə görüşdü: "Bu il 170-180 maşın veriləcək"

img

19-02-2019 [11:43]


Bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, nazir şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

O, dövlət başçısı tərəfindən keçən il və cari ilin ötən dövründə imzalanan Fərman və Sərəncamların da bu istiqamətdə əhəmiyyətli addımların atılmasına şərait yaratdığnı bildirib.

Nazir bildirib ki, görüşün məqsədi sizləri dinləməkdir. O ötən dövrdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən, habelə əmək, məşğulluq, sosial təminat, əlilliyin qiymətləndirlməsi, reabilitasiya sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib: "Keçən şəhid ailələri və müharibə vetreranlarına 626 mənzil verilib, bu il isə 800-dən artıq mənzil verilməsi nəzərdə tutulub. Eyni zamanda ötən il şəhid ailələrinə 250 avtomobil təqdim olunub, bu il isə 170-180 avtomobil veriləcək.

Milli qəhrəmanlar 1500 manat təqaüd alır. Sosial müavinət və təqaüdlərə də yenidən baxılır, təkmilləşdirmə üzərində iş aparılır. Sosial təminat sahəsində 600-700 milyon manat vəsaiti ayrılıb.
20 min nəfər müharibə veteranı təqaüd alır, şəhid ailəsindən 15 min nəfərə sosial müavinət ayrılıb.
Son bir ərzində özünəməşğulluq proqramı çərçivəsində 7200 nəfərdən 50-dən çoxu əlilliyi olan şəxs, 150-dən çoxu şəhid ailələridir".

Nazir bildirib ki, sizlərlə birlikdə yeni proqram və təkliflərin hazırlanaraq hökümətə təqdim olunması məqsədlərimizdən biridir.

O, sosial müdafiə tədbirlərinin daha səmərəli və məqsədyönlü təşkili baxımından belə görüşlərin keçirilməsinə, müvafiq ictimai qurumlarla fikir mübadilələrinə, onlardan gələn rəy və təkliflərin öyrənilməsinə xüsusi önəm verildiyini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA