Hansı rayonlara daha çox qar yağıb? - Nazirlik açıqladı

img

19-02-2019 [11:33]


Fevralın 18-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, əsasən şimal və şərq rayonlarında yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Mia.az ETSN-ə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında fevralın 18-i axşam saatlarından başlayan yağış fevralın 19-da sulu qara keçib, düşən yağıntının miqdarı 5 mm təşkil edib, bu da aylıq normanın 24 faizidir. Lənkəran-Astara zonasında yağıntının miqdarı 6 mm-dək, Mərkəzi-Aran rayonlarında 4 mm-dək, Böyük Qafqazda 11 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11, Şahdağda 10, Qusar, Xınalıqda 7, Qırızda 6, Mərəzədə 3, İsmayıllıda 1 sm təşkil edib.

Fevralın 18-də şimal-qərb küləyinin sürəti bəzi rayonlarda arabir 22-30 m/s olub, Bakıda və Abşeron yarımadasında arabir 15-20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4 metrə çatıb.

Havanın temperaturu 6-10 dərəcə aşağı enib, minimal temperatur Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Aran rayonlarında 2-5 dərəcə isti, dağlıq rayonlarda 0-5, yüksək dağlıq ərazilərdə 7-12, Naxçıvan MR-da 0-3 dərəcə şaxta təşkil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA