19-02-2019 [11:16]
Xəbər verdiyimiz kimi, Azərbaycanda fevralın 18-dən 19-na keçən gecən gecədən havanın kəskin dəyişməsi, qarın yağmasıilə əlaqədar daha bir qurum gücləndirilmiş rejimə keçib.
Mia.az xəbər verir ki, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli respublika avtomobil yollarındakı vəziyyəti açıqlayıb.
O deyib ki, 19 fevral 2019-cu il saat 10:00-a olan məlumat belədir:
"1 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən-Şabran hissəsində yağış, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə qar yağır. Havanın temperaturu müsbət olduğundan yolda qar yoxdur, hərəkət təmin olunub. Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində yollarda 5-10 sm qar var, lazımi tədbirlər görülür və nəqliyyatın hərəkəti təmin olunur.
2 Giləzi - Xızı - Qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
3 Bakı - Qobustan - Qar yağır, 1-2 dərəcə şaxta var. Yolun Cəngi-Qobustan hissəsinə 7-10 sm qar yağmışdır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
4 Qobustan - Şamaxı - Muğanlı - Güclü qar yağır, 1-2 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, eyni zamanda qum-duz səpilir. Hərəkət təmin olunub.
5 Muğanlı - Ağsu - Yevlax avtomobil yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
6 Bakı - Ələt - Hacıqabul - Sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
7 Hacıqabul – Ucar – Yevlax -Yolun Hacıqabul-Ucar hissəsinə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
8 Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
9 Muğanlı – İsmayıllı Qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
10 İsmayıllı – Oğuz – Qəbələ - Şəki - Qar yağır, yolun İsmayıllı-Qəbələ hissəsində yolda 7sm qar yağmışdır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Yolun Oğuz-Şəki hissəsində sulu qar yağır.
11 Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, yağış və sulu qar yağır. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.
12 Yevlax – Şəki (Göybulaq) - Şəki rayonu ərazisində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.
13 Gəncə-Daşkəsən - Xoşbulaq - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
14 Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
15 Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
16 Masallı – Yardımlı Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
17 Lənkəran – Lerik - Yağıntı yoxdur, hava dumanlıdır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
18 Hacıqabul – Bəhramtəpə – Horadiz - Yolun Hacıqabul-Sabirabad-Saatlı hissəsində hissələrlə sulu qar və yağış yağır. Yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi