Xırdalanda maşın kanalizasiya quyusuna düşdü - VİDEO

img

18-02-2019 [11:59]


Xırdalan şəhərində kanalizasiya xətlərinin çəkilmə prosesi uzanır.

Bu isə yollarda tıxacların yaranmasına, qəzaların baş verməsinə səbəb olur. Şəhər sakinləri bildirir ki, xüsusilə yağışlı havalarda vəziyyət dözülməz hala gəlir, avtomobillərə ciddi ziyan dəyir. Bunun sübutu kimi redaksiyamıza göndərilən vodeo şəhərin Qalubiyyə küçəsində (Heydər Parkının yaxınlığı) çəkilib. Görünür ki, avtomobil yolun ortasında qazılan çuxura düşüb.

Sakinlərin sözlərinə görə bu xəttin çəkilməsi aylardır davam edir. Aidiyyəti qurumlar vəziyyəti nəzərə almır/bakipost


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA