Ramil Usubov polis kapitanına VƏZİFƏ VERDİ

img

18-02-2019 [11:02]


Daxili İşlər naziri Ramil Usubov Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis müavini təyin edib.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis kapitanı Anar Şıxəliyev bu vəzifəyə təyinat alıb.

Xəbəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə ay öncə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəis müavini, polis mayoru Rza Əliyev vəzifəsindən azad olunaraq Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin rəisi təyin edilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA