Zakir Həsənov Türkiyənin yeni silahları ilə tanış oldu - FOTOLAR

img

17-02-2019 [20:23]


Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən Türkiyə Respublikasının  Makina və Kimya Sənayesi Qurumu, ROKETSAN, ASELSAN və Otokar şirkətlərinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Z.Həsənov şirkətlərin rəhbərləri ilə görüşərək iki ölkə arasında hərbi texniki sahədə mövcud əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Müdafiə naziri hərbi sahədə birgə layihələrin hər iki ölkənin ordularının güclənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA