ATƏT-in baş katibi: "Rusiya Cənubi Qafqazda münaqişələrin həllində mühüm rol oynayır"

img

16-02-2019 [12:40]


"Rusiya ATƏT regionunda, o cümlədən Ukraynanın şərqində, Moldovada və Cənubi Qafqazda bir sıra münaqişələrin sülh yolu ilə həlli üzrə işləmək üçün yaradılmış formatlarda mühüm rol oynayır".

Bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Tomas Qreminger TASS-a müsahibəsində deyib.

"Mövcud etimadsızlıq ab-havasının yaxşılaşdırılması üçün hansısa ümidimizin olmasını, müasir təhlükəsizliyin çətin problemlərini həll etmək istəyiriksə, bütün oyunçuların eyni masada olmasına ehtiyac var. Artıq söylədiyim kimi, ATƏT Şərqlə Qərb, Şimal ilə Cənub arasında dialoq üçün unikal forumdur. O, ATƏT regionunun bütün ölkələrinin eyni masa arxasında əyləşdiyi və bərabər statusa malik olduğu yeganə forumdur. Hamı ilə bərabər səviyyədə dialoq qurmaq çox vacibdir. Başqa sözlə, Rusiyasız artıq ATƏT də ATƏT olmayacaq", - T.Qreminger bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA