Leyla Əliyeva psixonevroloji müəssisənin açılışında - Fotolar

img

15-02-2019 [22:23]


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 15-də paytaxtın Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin binasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Mia.az xəbər verir ki, yaradılan şəraitlə tanış olan Leyla Əliyevaya məlumat verilib ki, yenidənqurma işlərindən sonra burada yaşayanların sağlamlığı və rahatlığı üçün müasir standartlara uyğun şərait yaradılıb. Müəssisə əlilliyi olan şəxsləri qəbul edərək münasib yaşayış şəraiti ilə təmin etmək, abilitasiya və reabilitasiya xidmətlərini həyata keçirmək üzrə fəaliyyət göstərir. Buraya sosial xidmətə ehtiyacı olan psixotik simptomatika mərhələsinə çatmayan şəxslər qəbul edilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA