Elmar Məmmədyarov: “Münhendə Mnatsakyanla iki ölkə liderlərinin görüşünü müzakirə edə bilərik”

img

15-02-2019 [18:10]


 "Münhendə təhlükəsizlik məsələləri üzrə konfransa çərçivəsində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyanla görüşüb, iki ölkə liderlərinin sammitini müzakirə edə bilərik”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "RİA Novosti”yə müsahibəsində bildirib.

"Fikirimcə, bu məsələ Ermənistandan olan həmkarımla görüşdə müzakirə olunacaq. Eyni zamanda, əlbəttə Minsk qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri zamanı müzakirə ediləcək”, - deyə E.Məmmədyarov ölkə liderlərinin sammiti ilə bağlı suala cavabında qeyd edib.

O, ermənistanlı həmkarı ilə Münhendə ayaqüstü olsa da mütləq görüşəcəklərini bildirib: "Münhendə yəqin ki, ayaqüstü mütləq görüşəcəyik. Biz görüşmək üçün istənilən imkandan istifadə edirik”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA