"Təqaüd bütün ali təhsil müəssisələrinə şamil ediləcək" - Ceyhun Bayramov

img

15-02-2019 [12:37]


 "Tələbə təqaüdlərinin artırılması üçün dövlət büdcəsindən ilkin hesablamalara görə 25 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub".

Bunu təhsil naziri Ceyhun Bayramov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, təqaüd almaq hər bir tələbənin istəyidir: "Daha yüksək təqaüd almaq üçün can atmaq lazımdır. Əvvəlki illərlə müqayisədə rəqabətlilik mühiti bu gün də var. Bu gün artım nəticəsində akademik göstəriciləri yüksəl olan tələbələrin təqaüdü 130 manatdır. Təqaüd bütün ali təhsil müəssisələrinə şamil ediləcək. Yəni özəl ali məktəblərdə oxuyan və akademik göstəriciləri yüksək olan tələbələr də artımla olan vəsaitləri ala biləcəklər".

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artacaq. Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının martın 1-dən 16 000 vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. Sərəncamla ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 30 faiz artacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA