Azərbaycanda müavinətlər qaldırılacaq - Nazirdən anons

img

14-02-2019 [16:28]


Əhaliyə verilən sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı iş aparılır.

Mia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri sahil Babayev bildirib.

S.Babayev qeyd edib ki, müavinətlərin sayı çoxdur, onların unifikasiyasına ehtiyac var:

"Bu gün 80-ə qədər müxtəlif müavinət növləri var. Onların daha da sadələşdirilib cəmləşdirilməsinə, eyni zamanda onların məbləğinə kompleks olaraq baxılır. Bəzi müavinətlərin vaxtı keçib, bəzi müavinətlərin məbləği aşağıdır. Bəzi kateqoriya insanlar var ki, bundan kənar qalıblar. Onlarla bağlı layihə hazırlanır, konseptual yanaşma olacaq. Müavinət alanlar 500 min insandır. Sürətli qərar da vermək olmaz, 500 min insanın həyatına təsir edəcək addımdır”.

Nazir bildirib ki, hazırda araşdırma gedir:  "Asiya Bankının, Dünya Bankının ekspertlərini dəvət etmişik, onlar da rəylərini verdikdən sonra yekun sənədi verəcəyik”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA