14-02-2019 [16:19]
"Özünəməşğulluq proqramından ciddi narazılıq yoxdur”.
"Marja”nın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevkeçirdiyi brifinqdə deyib.
Nazir vətəndaşların heyvanlardan narazı qaldığı barədə suala ətraflı cavab verərək deyib:
"Mən rəqəmləri bir daha səslləndirirəm: Vətəndaşlara 30 min baş iri xə xırdabuynuzlu heyvan paylanılıb. Bugünədək gələn müraciətlərin araşdırılması nəticəsində 1%-dən də aşağı heyvanlar dəyişdirilib. 1%-ə görə 99%-i kölgədə qoymaq və "narazılıq var” demək doğru deyil. Bu birincisi. İkincisi müraciətlərin çoxları 1-2 ay sonra təqdim edilən müraciətlərdir. Bu vətəndaşlara heyvanlar təqdim edildikdə vətəndaş öz imzası ilə təsdiq edir ki, keyfiyyətdən razıdır və heyvanları şəxsən qəbul edir. Həmçinin baytar arayışları təqdim edilir. Bundan başqa, vətəndaşın video və foto şəkili özünün razılığı ilə çəkilir. Müraciət olduqda aktı, arayışları və görüntüləri özünə təqdim edirik.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi podratçı şirkətləri "Satınalamalar haqqında” qanuna uyğun seçib. Bu şirkətlərə ödənişlər vətəndaşın aktivi qəbul etdiyi barədə aktın əsasında həyata keçirilir. Biz vətəndaşın imzaladığı aktı, vətəndaşın video və foto görüntülərini görürük, bundan sonra vəsaitlər şirkətlərə ödənilib. Heyvanlara etirazı, onları qəbul edən zaman bildirmək lazım idi. Bir sıra hallarda müraciətçi ötən ilin noyabr ayında aktivi alıb, razılıq edib. Bu ilin yanvar və ya fevral ayında bildirir ki, "bu xəstə heyvandır”. Biz ona göstəririk ki, Siz bu heyvanı razı şəkildə almısınız. İki ay ərzində heyvana nə şəkildə baxılıb, xəstələnməyi əvvvəl və ya sonra olub – bunlar hamısı sual altındadır. Vətəndaş etirazını heyvanı qəbul edən zaman bildirməli idi. Kimlər bildirib, müvafiq işlər görülüb. Qeyd etdiyim ki, 30 min baş heyvan paylanılıb. Ölkədə bütün heyvanlar eyni standartda, səviyyədə ola bilməz, müəyyən fərqlər olmalıdır".
Nazir Özünəməşğulluq proqramı çərçivəsində heyvanların baha qiymətə alınması barədə iddialara münasibət bildirib:
"Qiymətə gəldikdə isə - "5 min manata alındığı” deyilir. İmzalanmış müqavilələr üzrə vergi və digər ödənişlər daxil olmaqla alış qiymətləri 1800 manatdan yuxarı deyil. Vergi və digər ödənişlər çıxıldıqda bir heyvan təqribən 1300-1400 manata alınıb. Heç bir şirkətə yüksək məbləğlər ödənilməmişdir. Çünki əsas prinsiplərimiz sosial ədalət və şəffaflıqdır. Hər hansı satınalmamızda qiymət artımına yol verilməyib. Aktivlət əvvəlki illə müqayisədə ucuz alınmışdır. Heyvanlar təxminən 13-14%, aktivlər üzrə 22-25% daha ucuz alınıb. Bu heyvanlar baytar yoxlanışından keçdikdən və vətəndaşın qəbul aktını imzaladıqdan sonra təqdim edilib”.
Nazir qeyd edib ki, manipulyasiya ilə məşğul olanlar və bu böyük sosial layihəni gözdən salmağa çalışanlar var:
"Məsələn, daha öncələr vətəndaşlar özünəməşğulluq proqramına yazılımışdır. Araşdırma zamanı bir sıra vətəndaşların maddi vəziyyətinin kifayət qədər yüksək olduğu müəyyən edilib, onların əmlakları, qeyri-yaşayış sahələri, torpaqları və s var. Yəni, aztəminatlı ailə deyillər. Belə 800-ə yaxın şəxs uyğun olmayan şəxs proqramdan uzaqlaşdırılıb, onlara aktivlər verilməyib. Bu şəxslərin böyük əksəriyyəti mətbuatda müxtəlif iddialar ilə çıxış etməyə başladılar. Sosial şəbəkədə yalan informasiyalar paylaşırlar, bu məlumatlar da zəncirvari yayılır və bu gözəl təşəbbüsə ləkə salmağa çalışırlar. Onlar dövlət qurumlarına müraciət ediblər və onların müraciətləri araşdırılaraq müvafiq cavablar verilmişdir.
Və ya vətəndaş birkalı heyvanı alır, bir ay sonra birkasız heyvanı göstərərək xəstə olduğunu bildirir. Biz onda deyirik ki, "Sizə verilən heyvan birkalı heyvan idi, başqa heyvana dəyişdirmisiniz”. Belə addım atanlar olub. Heyvana baxa bilmədiyindən öldüyü barədə iddia irəli sürənər də olub. Hər bir halda, heyvanları aldıqdan qısa müddət sonra edilən bütün şikayətlər araşdırılıb, həqiqətən də keyfiyyəti aşağı olan heyvanlar dəyişdirildi. Bununla bağlı Məşğulluq mərkəzlərinin nümayəndələri barədə inzibati tənbeh tədbiri görüldü. Bütün dəyişdirilən heyvanların sayı 160-170 civarındadır. Bu vətəndaşlara paylanılmış 30 min heyvanın 1 faizindən də aşağıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi