Nazir: "Orta aylıq əmək pensiyası 5 faizə qədər artacaq"

img

14-02-2019 [14:58]


 "Yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda orta aylıq əmək pensiyası 222 manat, yaşa görə pensiya 240 manat idi. 3 faizli indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya 229 manata, yaşa görə orta aylıq pensiya 250 manata qalxacaq".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev mətbuat konfransında deyib.

Nazir bildirib ki, əmək pensiyasının minimum məbləğinin 160 manata qaldırılmasından sonra bu rəqəm dəyişə bilər: "Dövlət Statistika Komitəsinin 3 faizli artım göstəricisi ilkin nəticədir. Lakin Dövlət Statistika Komitəsi iyun ayında yekun rəqəmi verəcək. O zaman bu, dəyişə bilər. Ancaq gözləntimiz odur ki, orta aylıq əmək pensiyası 5 faizə qədər artacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA