Mehriban Əliyeva bir ailəni təhlükədən xilas etdi - FOTO

img

14-02-2019 [14:05]


Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimsəsiz, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verib.

Reyting.az Trend-ə istinadən xəbər verir ki, hazırda Bakıda xəstəxanaya yerləşdirilən N. Musayevanın əməliyyatı və gələcək müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq.

Eyni zamanda, N. Musayevanın müalicəsi başa çatdıqdan sonra sosial təminatının həll olunması üzrə də müvafiq tapşırıq verilib. N. Musayevanın əlilliyinin qiymətləndirilməsi aparılacaq, əlillik qrupu təyin olunduqdan sonra ona əlilliyə görə aylıq pensiya və ya sosial müavinət ödənişinə başlanılacaq, öz istəyinə uyğun olaraq məşğulluğunun təminatı üçün də müvafiq tədbirlər görüləcək.

Mehriban Əliyeva bir ailəni təhlükədən xilas etdi

Qeyd edək ki, bir neçə gün əvvəl Reyting.az və Mia.az saytları sosial şəbəkə istifadəçisi Allahyar Eyyubova istinadla, xərçəng xəstəsi Nazilə Musayeva və onun səkkiz yaşlı oğlu Ülvinin həyatlarının ciddi təhlükə qarşısında olduğunu bildirmişdilər. M. Əliyevanın bu məsələyə dərhal reaksiya verib onları ölümün cəngindən xilas etməsi alqışa layiqdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA