Ramil Usubov daha iki polis rəisini azad etdi - Yeni təyinatlar

img

13-02-2019 [23:51]


Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri olub.

Bununla bağlı müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, Qax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev vəzifəsindən azad edilib.  

O, Yevlax rayon Polis İdarəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Balakən rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov vəzifəsindən azad edilərək Şəmkir rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub/Oxu.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA