Bakıda ağacı kəsib obyekt tikmək istədilər

img

13-02-2019 [16:16]


Bakıda qurumuş ağac kəsilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin "V” yaşayış massivində ağac kəsilməsi və yerində obyekt tikintisinə hazırlıq görülməsi ilə əlaqədar "Qaynar xətt”ə vətəndaşlardan müraciətlər daxil olub.

Şəhər İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirib, həqiqətən də 1 qurumuş ağacın kəsilməsi faktı aşkarlanıb.

Faktla bağlı müvafiq araşdırma aparılıb, həmin ərazi məişət və digər tullantılardan təmizlənib və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən burada yeni ağaclar əkilib.

Eyni zamanda aidiyyəti qurumlara əraziyə nəzarətin artırılması tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA