13-02-2019 [23:12]
Fevralın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Beyləqada səfərdə olub.
Mia.az xəbər verir ki, dövlətbaşçısı əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edəndən sonra ərazidəki parkda rayon sakinləri ilə görüşüb.
Prezident İlham Əliyev sakinlərlə söhbət edib.
Sakinlər:Cənab Prezident, Sizin gəlişiniz bizi sevindirir. Xoş gəlmisiniz. Allah Sizi qorusun.
Prezident İlham Əliyev:Çox sağ olun.
Yaşlı qadın sakin:Xoş gəlmisən, mənim balam, başına dönüm. Bizdən Mehriban xanıma da çoxlu salam apar. Beyləqan torpağına xoş gəlmisən. Səndən çox-çox razıyıq. Allah o bir oğlunu min budaq eləsin. Azərbaycanın fəxri, Heydər oğlu, Beyləqan Sənin arxandadır. Beyləqan rayonu Sizinlə fəxr edir. Azərbaycanın fəxrisiniz.
Prezident İlham Əliyev:Çox sağ olun, təşəkkür edirəm.
Rafiq Hacıyev:Hamıdan üzr istəyirəm, bağışlayın, oğlum Beyləqan rayonunda seçki məntəqəsinin fəal işçisidir, indi xəstədir, əməliyyat olunmalıdır.
Prezident İlham Əliyev:Mən kömək edərəm, ad-familiyasını yazın.
Rafiq Hacıyev:Allah razı olsun. Hacıyev Tural Rafiq oğlu.
Sakin:O gün olsun ki, tezliklə biz Dağlıq Qarabağda belə bir yığıncaq keçirək. Allah Sizi qorusun.
Prezident İlham Əliyev:Çox sağ olun. Mən Beyləqana altıncı dəfədir ki, gəlirəm və hər bir səfərdə gözəl açılışlar, gözəl tədbirlər olur. Bu gün də belədir. Misal üçün bu gün böyük idman mərkəzinin açılışını etdik. Burada idmanla məşğul olmaq üçün gözəl şərait yaradılıb. Yeni yarımstansiya işə düşür, yeni yolun açılışını etdik. Beyləqan rayonunun ümumi inkişafı ilə bağlı ardıcıl tədbirlər görülür. Qazlaşdırma bir müddətdən sonra 100 faizə çatacaq, indi 97 faizdir. Şəhərin içməli su layihəsi icra olunub.
Yaşlı qadın sakin:Çox sağ ol, ay mənim əziz balam. Səni bizə bəxş edən o kişiyə Allah rəhmət eləsin. Azərbaycanın gözəl oğlu, siyasətdə ən öndə duran balamız. Çox sağ ol. Sənin gəlişinə bütün nənələr qurban. Hər bir qüvvətli kişinin arxasında bir cəngavər qadın durur. Allah səni də, sənin arxanda dayanan Mehriban xanımı da qorusun. Hər ikinizə uğurlar arzulayıram.
Prezident İlham Əliyev:Çox sağ olun. Mən Sizi ürəkdən salamlayıram və Sizə xidmət etməyə gəlmişəm.
Sakinlər:Sağ olun. Abad yollarımız, qazımız, işığımız var, cənab Prezident. Allah Sizi də, Mehriban xanımı da qorusun. Beyləqan qadınları adından minnətdarlığımızı bildiririk.
Prezident İlham Əliyev:Sağ olun, soruşmaq istəyirəm, Beyləqan rayonunun inkişafı, vətəndaşların rifahını yaxşılaşdırmaq üçün əlavə nə lazımdır?
Kişi sakin:Dünyamalılar kəndində yeni məktəbin tikilməsinə ehtiyac var, cənab Prezident.
Prezident İlham Əliyev:Bu il onu da həll edəcəyik. Məktəb tikiləcək. Mən artıq bunu dedim, bir daha demək istəyirəm, Dünyamalılar kəndində yeni məktəb tikiləcək, çünki həmin məktəbin vəziyyəti o qədər də yaxşı deyil. Yataqxanalarda yaşayan vətəndaşlar üçün 36 mənzilli yeni bina tikiləcək. Növbəti mərhələdə yeni kənd yolları da salınacaq.
Sakinlər:İnşallah, çox sağ olun. Allah Sizdən razı olsun. Qazımız, işığımız, suyumuz, yolumuz var, cənab Prezident.
Prezident İlham Əliyev:Beyləqanda 3 aqropark fəaliyyət göstərir və orada məhsuldarlıq yaxşıdır, pambıqçılığın ənənələri bərpa olunur. Ulu Öndərin vaxtında burada çox bol pambıq yığılırdı, yavaş-yavaş o hədəfə yaxınlaşırıq.
Kişi sakin:Cənab Prezident, o vaxt Beyləqan 100 min tona yaxınlaşmışdı. Əlli min ton üzüm, 87 min ton pambıq Beyləqanın axırıncı göstəricisi idi.
Prezident İlham Əliyev:Keçən il təqribən 22 min ton pambıq tədarük edilmişdir. Ancaq əlbəttə ki, biz o səviyyəyə çatmamışıq, tədricən buna da, İnşallah, çatarıq. Məşğulluqla bağlı da göstəriş vermişəm, yüzlərlə yeni ödənişli ictimai iş açılsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar ictimai işlərlə məşğul olsunlar.
Kişi sakin:Cənab Prezident, çox sağ olun. Siz minimum əməkhaqqını 130 manatdan 180 manata qaldırdınız. Pensiyamızı qaldırdınız. Həmçinin qaçqın və məcburi köçkünlərin, hərbçilərin mənzil-məişət şəraitləri yaxşılaşdırıldı. Kənd ilə şəhər arasında fərq aradan qalxır. Bu gün bütün Azərbaycan gördüyünüz böyük işlərə görə Sizə minnətdardır. Cənab Prezident, mən gənc ailəyəm, özüm Beyləqan Rayon Mədəniyyət Mərkəzində işləyirəm, müğənniyəm. Artıma görə ailəmiz çox şad oldu. Çox sağ olun, Allah Sizə ömür versin.
El bilir ki, tükənməyən sərvətin vardır,
Sinən üstü ağ pambıqlı gen tarlalardır,
Buruqların göy Xəzərdə qatar-qatardır,
Yurdum, yuvam məskənimsən Azərbaycanım,
Anam doğma Vətənimsən Azərbaycanım.
Kişi sakin:Vətəndaşlarla bir yerdə olmağınız, onlara arxalanmağınız, onlarla təmasda olmağınız, özünüzün dediyiniz kimi, onların arzu və təkliflərinə, istəklərinə vaxtında cavab verməyiniz bizi sevindirir. Siz həmişə verdiyiniz sözə əməl edirsiniz. Allah Sizi qorusun.
Prezident İlham Əliyev:Mən verdiyim sözlərə həmişə əməl etmişəm.
Qadın sakin:Siz xalqın arxasındasınız, xalq Sizin arxanızdadır. Nənələr, analar gecə-gündüz dua edirlər ki, qara qüvvələr Sizdən uzaq olsun.
Prezident İlham Əliyev:Mən həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən Sizin mənə olan inamınızdır.
Kişi sakin:Yaxın vaxtlarda bayrağımız Xankəndində dalğalansın.Amin.
Prezident İlham Əliyev:İnşallah!
Qadın sakin:Cənab Prezident, imkanım yoxdur, evim uçub, mənə kömək edin.
Prezident İlham Əliyev:Ev niyə uçub? Bu, bina evidir, yoxsa...?
Qadın sakin:Köhnə hökumət evidir, 35-37-ci illərdə tikilib. Başına dönüm, Allah köməyin olsun, Allah canını sağ eləsin. Allah Sizi başımızın üstündən əskik etməsin.
Prezident İlham Əliyev:Biz onu həll edəcəyik, 36 mənzilli ev tikiləcək, bu gün Sərəncam imzalanacaq, oradan sizə də ev veriləcək. İcra başçısına da tapşırıram ki, nəzarət etsin.
Qadın sakin:Çox sağ ol, cənab Prezident.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi