Göyçay rayonunda qadın abort zamanı dünyasını dəyişib

img

12-02-2019 [14:36]


Göyçay rayonunda qadın abort zamanı dünyasını dəyişib. 

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib. 

Rayonun İnçə kəndində yaşayan Ağstafa sakini, 24 yaşlı qadın bu gün səhər saatlarında abort üçün xəstəxanaya müraciət edib. 

Xəstəxananın Doğum şöbəsində mama-ginekoloq Roza Babayeva tərəfindən abort edilən qadının bir qədər sonra halı pisləşib və dünyasını dəyişib. 

Qeyd edək ki, bu, qadının 3-cu hamiləliyi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA