"Ziya Məmmədovun heç bir hoteli yoxdur" - Qardaşından açıqlama

img

09-02-2019 [15:40]


Xəbər verdiyimiz kimi, "Unikal.org" saytı Bakının Biləcəri qəsəbəsində yerləşən "Delfin" hotelin sökülməsi barədə məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, "Delfin” hotel sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olub və oğlu Anar Məmmədov tərəfindən idarə edilib.

Məsələ ilə bağlı Ziya Məmmədovun qardaşı, Milli Məclisin keçmiş deputatı Elton Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, qardaşının belə bir hoteli olmayıb:

"Ziya Məmmədovun heç bir hoteli olmayıb. İndi də yoxdur. Qardaşım haqqında kim nə yazırsa, yayırsa, hamısı böhtan və iftiradır. Hər kəs ağılına gələni yazır. Yəqin yazmağa mövzuları yoxdur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA