08-02-2019 [22:19]
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Mia.az xəbər verir ki, iclası giriş sözü ilə açan "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, 2018-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb.
Ötən il İlham Əliyevin iştirakı ilə Xaçmaz və Xızı şəhərlərində, həmçinin Altıağac qəsəbəsində su və kanalizasiya şəbəkələri, Mingəçevir və Astara şəhərlərində isə içməli su şəbəkələri istismara verilib. Eyni zamanda Ağcabədi, Daşkəsən şəhərlərində su və kanalizasiya, Biləsuvar şəhərində kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb. Şamaxı, Gədəbəy, Lerik və Tovuz şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunub.
Dövlət başçısının "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli sərəncamı, həmçinin dövlət investisiya layihəsi çərçivəsində içməli su çatışmazlığının müşahidə edildiyi 18 rayonun 41 kəndində layihələr icra olunub. Bu kəndlərdə 325 km magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 1100 bulaq quraşdırılıb.
2018-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında mühüm layihələr icra olunub. Avtomobil yollarının yenidən qurulması çərçivəsində Babək prospekti, Təbriz, Xiyabani, Mir Cəlal və Məsud Davudoğlu küçələrində su və kanalizasiya xətləri yenilənib.
Hesabat dövründə 1162 km magistral və şəbəkə su xətləri, 335 km kanalizasiya kollektoru və xətləri, 10 su anbarı inşa edilib, 26 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda 48 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, 97 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 69 faizə, Bakı şəhəri üzrə isə 81,5 faizə yüksəlib.
Ötən il bölgələrdə regional laboratoriyaların yaradılmasına başlanılıb. 5 yeni elektron xidmət istifadəyə verilərək xidmətlərin sayı 16-ya çatdırılıb. 2018-ci ildə "Azərsu” ASC yenidən Dünya Su Şurasının İdarə Heyətinə üzv seçilib.
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq bildirib ki, bu il Ağdaş, Qəbələ, və Xırdalan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşacaq. Eyni zamanda Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində tullantı sutəmizləyici qurğuların inşası tam başa çatacaq. 2019-cu ildə Qazax və Horadiz şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına, 10-dan çox şəhərdə isə tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi