Vasif Talıbov bu şəxslərlə bağlı sərəncam verdi - SİYAHI

img

08-02-2019 [18:09]


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 8-də Naxçıvan Muxtar Respublikasının fəxri adlarının verilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsaəsn, aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə təltif olunublar:

Allahyarova Güllü Şuğeyib qızına, Əliyeva Nurlana Sabir qızına və Seyidova Aybəniz Novruz qızına − "Əməkdar müəllim” fəxri adı;

Əhmədova Sahilə Əziz qızına – "Əməkdar dövlət qulluqçusu” fəxri adı;

Əliyev Hikmət Hüseyn oğluna – "Əməkdar hüquqşünas” fəxri adı;

Əliyeva Kəmalə Nəriman qızına – "Əməkdar jurnalist” fəxri adı;

Hüseynov Nadir Məmməd oğluna – "Əməkdar mədəniyyət işçisi” fəxri adı;

Hüseynova Bahar Qurban qızına – "Əməkdar tibb işçisi” fəxri adı;

Xudiyeva Turac Qulam qızına – "Əməkdar həkim” fəxri adı;

İsmayılov Ədalət Qadir oğluna – "Əməkdar rəssam” fəxri adı;

Qurbanov Qəzənfər Novruz oğluna – "Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı;

Mirzəyev Aydın Ayrım oğluna – "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA