Deputatın şirkəti təhlükəli ərazidə bina tikdi - Qatar hər an sakinləri vura bilər / FOTOLAR

img

08-02-2019 [17:25]


"Kristal Abşeron” tikinti şirkəti sakinlərin həyatına təhlükə yaratmaqda davam edir.

Mia.az-ın məlumatına görə bununla əlaqədar şirkətin Xırdalan ərazisində inşa etdiyi binanın sakinləri Demokrat.az-a müraciət göndəriblər.

Müraciətdə qeyd olunur ki, "Kristal Abşeron” şirkəti Xırdalan dəmiryolunun yaxın məsafəsində hündürmərtəbəli binalar tikərək sakinlərə satır. 

İlkin olaraq həvəsləndirici təkliflərə aldanan sakinlər sonradan binanın təhlükəli ərazidə inşa olunduğunun fərqinə varırlar.

Görüntünün olası içeriği: gökyüzü ve açık hava
Binalar dəmiryoluna o qədər yaxın məsafədə inşa edilib ki, hətta qatarlar gedən zaman ərazidə titrəyiş belə hiss olunur.Digər tərəfdən isə bina sakinləri azyaşlı uşaqların həyatı üçün yaranan təhlükədən narahatdırlar. Onlar hər an qatar təhlükəsilə üzləşə bilərlər.
Görüntünün olası içeriği: gökyüzü ve açık hava
Şirkətin fəaliyyətinin digər nöqsanlı tərəfi isə Azərbaycan hökumətinin qəbul etdiyi qərarların tələblərini kobud şəkildə pozamsıdır.

Image result for ağalar Vəliyev
Bildiyiniz kimi, Azərbaycan hökuməti dəmiryolu xəttlərinə yaxın məsafədə yerləşən evlərin sökülməsi üçün müvafiq addımlar atır, həmin sakinlərə kompensasiya ödənilməklə təhlükəsiz ərazilərə köçürülür. Dövlət bu istiqamətdə sağlamlaşdırılma aparmaq üçün heç də az vəsait xərcləmir. Ancaq nədənsə deputat Ağalar Vəliyevə məxsus olduğu deyilən "Kristal Abşeron” şirkəti dövlətin bu qərarlarını ya heçə sayır, ya da görməməzlikdən gəlir. Yoxsa, bu şirkət nədən qatar relslərinin yanında bina tikdirsin ki?!



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA