Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında - Kütləvi etiraz + VİDEO

img

08-02-2019 [17:01]


Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların kütləvi aksiyası keçirilir.

Mia.az "Report”a istinadən bildirir ki, aksiya iştirakçıları büstün ucaldılmasını qanunsuz adlandıraraq onun götürülməsini tələb edirlər.

Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da iştirak edirlər.

Etirazçılar əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutublar. Onlar bildirirlər ki, Mixail Avaqyana büstün qoyulması Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək məqsədilə ermənilərin həyata keçirdiyi növbəti təxribatdır.

Aksiya təşkilatçılarından olan Sevinc Hümbətova deyib ki, erməni separatçıya Gürcüstan torpağında büstün qoyulması bu dövlət qarşı da yönəlib: "Biz büstün tezliklə götürülməsini tələb edirik".

Politoloq Simon Kopadze çıxışında deyib ki, aksiyanın məqsədi yalnız Mixail Avaqyana büstün qoyulmasına qarşı deyil, separatçılığa da etiraz etməkdir: "Separatçıya Gürcüstanda büst qoyulması təxribatdır və abidə götürülməlidir".

Politoloq Quram Marxulia çıxışında Mixail Avaqyanın əlinin günahsız azərbaycanlı uşaq, qadın və qocaların qanına batdığını vurğulayıb: "Büstün qoyulması Gürcüstan-Azərbaycan dostluğuna qarşı yönəlib. Yaşasın Azərbaycan-Gürcüstan dostluğu!".

Deputat Azər Süleymanov qeyd edib ki, Gürcüstan azərbaycanlıların vətənidir və vətəndə separatçıya abidə qoyulmamalıdır: "Gürcüstan özü də separatizimdən əziyyət çəkir, torpaqlarının 20 faizi işğal olunub. Gürcüstanda separatçılığın təbliği, separatçıların qəhrəmanlaşdırılıb onlara abidələrin qoyulması qəbuledilməzdir".

Mia.az sosial şəbəkədə aksiyadan yayılan videonu da təqdim edir:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA