Zəlzələylə bağlı veriləcək sığortanın məbləği - Açıqlandı

img

08-02-2019 [12:30]


Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri gələn həftədən etibarən verilməyə başlanacaq.

Mia.az xəbər verir ki, bununla bağlı "AzSığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov deyib.

Onun sözlərinə görə, hazırda şirkətə müraciətlərin sayı 70-i keçib: "Operativ cavablandırma üçün hadisə yerində qərargah yaradılıb. Hazırda vurulan ziyanın məbləği araşdırılır. Sığorta ödənişləri gələn həftədən verilməyə başlayacaq”.

A.Talıbov əlavə edib ki, hər sığorta halı üçün minimum sığorta ödənişi 1-1,5 min manat, maksimum məbləğ 30 min manat təşkil edəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA