08-02-2019 [11:05]
Tərəflər arasında imzalanmış "Əməkdaşlıq Memorandumu”na əsasən Bakı Mühəndislik Universitetinin nümayəndə heyəti ilə "Sumqayıt Kimya Sənaye Parkı” MMC-də növbəti görüş keçirilib.
Qonaqları səmimi qarşılayan İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan sənaye parklarının bu günü və gələcək hədəfləri haqqında ətraflı məlumat verib. Bildirib ki, sənaye parkının ərazisində prioritet sənaye sahələri üzrə rəqabətə davamlı məhsullar istehsal edən müəssisələr fəaliyyət göstərir. İstehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı xarici bazarlara da ixrac olunur. Nazim Talıbovqeyd edib ki, ölkəmizdə ilk dəfə şüşə istehsalı müəssisəsi də Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunur. O, tərəflər arasında əlaqələrin təşkili formaları, tələbələrin təcrübə keçmələri kimi görülməli olan digər məsələlərlə də bağlı danışıb və bu sahədə dünya təcrübəsindən nümunələr gətirib.
Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər sahədə sürətli inkişafın olduğunu vurğulayıb. Son illərdə fəaliyyətə başlayan müasir texnologiyalı sənaye müəssisələrinin tam gücü ilə işləməsi üçün müasir bilikli kadr potensialının da hazırlanmasına ehtiyacın olduğunu diqqətə çatdıran rektor, BMU-nun sənaye müəssisələri, xüsusilə sənaye parkları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Qeyd edib ki, BMU–da sənaye müəssisələri üçün mühəndislik və iqtisadiyyat ixtisasları üzrə müasir nəzəri bilikli, qabaqcıl müəssisələrdə təcrübə keçən və müsbət vətəndaş xüsusiyyətlərinə malik kadr hazırlığı həyata keçirilir və universitetin gələcəkdə sahibkarlıq universitetinə çevrilməsi yönündə mühüm işlər görülür.
Görüşdə İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov,BMU-nun prorektorları Həmzağa Orucov, Bayram Hüseynzadə, Manafəddin Namazov, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Arzu Hüseynova universitet–sənaye əlaqələrinin inkişafının ölkə iqtisadiyyatına verəcəyi töhfələrdən danışıblar. Qeyd ediblər ki, Bakı Mühəndislik Universitetinin gənc olmasına baxmayaraq innovativ texnologiyalı laboratoriyaları və müasir bilikli akademik heyəti sənaye müəssisələri ilə əməkdaşlıq sayəsində tələb olunan səviyyədə kadr hazırlığını həyata keçirə bilər.
Tədbirin sonunda iştirakçılar "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ərazisində yerləşən müəssisələr və istehsal prosesi ilə tanış olublar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi