Qurban Yetirmişli: “Zəlzələ ərazisində gücləndirilmiş rejimdə seysmoloji iş aparılır”

img

07-02-2019 [11:31]


 "Şamaxı-İsmayıllı bölgəsində fevral ayının 5-də saat 23:25 və 23:31-də baş verən zəlzələnin afterşokları hələ davam edir”.

Bunu "Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O bildirib ki, ərazidə enerji boşalması gedir, ümumi vəziyyət sabitdir: "Dünən axşamdan səhərə kimi hələ hiss olunan afterşok olmayıb”.

Q.Yetirmişli qeyd edib ki, Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları fevral ayının 6-dan zəlzələ baş verə ərazidədir: "Zəlzələnin ocaq zonasında əlavə stansiyalar qurulub, tədqiqatlar aparılır. Dövlət başçısının tapşırığına əsasən, ərazidə gücləndirilmiş rejimdə seysmoloji iş aparılır”.

Baş direktorun sözlərinə görə, ərazidə aşağı maqnitudalı zəlzələlər qeydə alınır: "Hazırda afterşoklar emal olunur, sayı ictimaiyyətə açıqlanacaq. Ümumi 130-dan çox afterşok qeydə alınıb”.

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA