Bakıda iki azyaşlı valideynlər tərəfindən atılıb - Video

img

07-02-2019 [10:24]


Bakıda iki azyaşlı uşaq 20 gün əvvəl bir dayə tərəfindən polisə təhvil verilib.

Mia.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, təqribən 5-6 yaşlarında olan uşaqların valideynləri tərəfindən atıldığı ehtimal edilir.

Onları polisə təhvil verən dayə bildirib ki, uşaqların anası baxması üçün balacaları onun yanına qoyub. Lakin xeyli müddət keçsə də, azyaşlıların anası geri qayıtmayıb.Qardaş olduqları ehtimal edilən uşaqların ünsiyyət problemi var, amma lal deyillər. Bunu da həmin azyaşlılar sığınacaqdakı uşaqları çağırarkən müəyyən etmək mümkün olub.

Uşaqlarının valideynlərinin axtarışları da heç bir nəticə verməyib.

Azyaşlıların yaxınlarını tanıyanlar sığınacağın(055) 466-08-06nömrəli qaynar xəttinə zəng edərək məlumat verə bilərlər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA