Prezident göstəriş verdi, Novruz Məmmədov qərarını geri oxudu - Dəyişiklik

img

07-02-2019 [10:00]


Prezident İlham Əliyevin göstərişindən sonra Baş nazir Novruz Məmmədov  "Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında”  2019-cu il 31 yanvar tarixli 30 nömrəli qərarını ləğv edib.

Mia.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bu barədə Baş nazir daha bir qərar imzalayıb.

Qərarda deyilir:

 1. "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli Qərarının 5-ci hissəsində "1-8” rəqəmləri "1-4, 6-8” rəqəmləri ilə əvəz edilsin və 5 saylı əlavəsi ləğv edilsin.

2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli və 2 "Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarının 1.2-ci bəndində "1-7” rəqəmləri "1-4, 6, 7” rəqəmləri ilə əvəz edilsin və 5 nömrəli əlavəsi ləğv edilsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA