Azərbaycan Ordusunda komanda-qərargah təlimi keçirilir - Müdafiə Nazirliyindən açıqlama

img

06-02-2019 [20:05]


Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, təlimdə əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə mövcud qüvvələrdən və ehtiyatlardan praktiki istifadə etməsidir.

Təlimə cəlb olunan heyət simulyasiya sistemləri vasitəsilə döyüş fəaliyyətləri zamanı bölmələrin fasiləsiz, bacarıqla və qətiyyətlə idarə edilməsi vərdişlərini, bilik və bacarıqlarını təkmilləşdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA