Nazir bəstəkarın oğluna yüksək vəzifə verdi - Təyinat

img

06-02-2019 [14:47]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bir neçə gün öncə daha bir kadr təyinatı həyata keçirib.

Nazirin əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəis müavini, polis polkovniki Elçin Kazımi Çevik Polis Alayının komandiri, general Səhlab Bağırova müavin təyin edilib.

E.Kazımi daha əvvəl də Çevik Polis Alayında işləyib, Səhlab Bağırov da "Qorotdel”in rəis müavini olmadan öncə ÇPA-nın komandiri olub. İndi isə hər iki polis zabiti köhnə işinə geri qayıdıb.

E.Kazımi bəstəkar Oqtay Kazıminin oğludur. O.Kazımi polis marşı və Çevik Polis Alayının marşını bəstələyib/qafqazinfo.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA